Rabitə, radiolokasiya, naviqasiya

Firmanın fəaliyyət istiqamətlərindən biri – yüksək keyfiyyətli peşəkar radiorabitə və naviqasiya avadanlıqlarının sistem inteqrasiyası və tədarükü və gəmi avadanlığına şamil edilən müxtəlif elektron qurğuların təmiridir. Biz Yaponiyanın ICOM, Diamond, Alinco kimi korporasiyalarının, habelə telekommunikasiya və naviqasiya avadanlıqlarının tədarükü sahəsində dünya liderləri olan digər şirkətlərin rəsmi dileriyik. Avadanlığın, ehtiyat hissələrinin, eləcə də proqram təminatının birbaşa istehsalçılardan tədarükünü həyata keçirməklə, bizim olduqca aşağı qiymətlər və diler endirimləri təklif etmək imkanlarımız vardır ki, bu da bizə Bakı şəhərində böyük anbarımızın olması ilə naviqasiya avadanlığı vasitələrinin və sistemlərinin çatdırılma, quraşdırılma və təmir işlərinin müddətini minimuma endirmək imkanını verir. Bundan əlavə, istehsalçı ilə birbaşa əlaqələr texniki xidmət mərkəzimizdə ixtisaslı mütəxəssislər tərəfindən keyfiyyətli və operativ texniki xidmətin, bütün avadanlığın təmirinin və dəstəklənməsinin təmin edilməsinə imkan verir.