Plastik hissələr üzrə təmir işləri

Plastik materialın qaynaq edilməsi xüsusi plastik elektrodları (plastik hissənin hər bir növünə müvafiq olaraq) vasitəsilə azotlu mühitdə həyata keçirilir. Bu avadanlığın digər texnologiyalarla müqayisədə əsas üstünlüyü ondadır ki, bizim təmir işlərimiz zamanı plastik məmulat qızmaya məruz qalmır və öz xüsusiyyətlərini itirmir və parçalanmır ki, buna görə də qaynaq yerlərində birləşmənin möhkəmliyi istehsalçı variantından nəinki geri qalmır, hətta ondan daha möhkəm olur. Biz plastik detalları və korpus hissələrinin istənilən şəkildə zədələnməsini keyfiyyətlə təmir etməyə imkan verəcək yüksək texnologiyalı avadanlıqları tətbiq edirik.

Plastikdən hazırlanmış detalların yerinə yetirdiyimiz təmir işlərinə 6 ay müddətində zəmanət veririk.