Batimetriya

Batimetriya və ya sualtı topoqrafiya tədqiqatı çox mürəkkəb və vacib əməliyyatlardan biri hesab olunur. Adətən, belə bir əməliyyat su sahələrinin (dəniz, çay, göl) işlənməsi və ya gəmiçilik nəqliyyatı məsələləri, habelə hidrotexniki qurğuların tikintisi (təmiri) zamanı texniki inkişaf şərtlərini müəyyənləşdirmək məqsədi ilə aparılır. Batimetriya qeyri-şəffaf sulara, böyük bitki örtüyünə malik və ya dibi çöküntülü su sahələri üçün xüsusilə aktualdır. “Marine Service” şirkəti yalnız ən peşəkar avadanlıq və vasitələrdən istifadə edir.

Batimetriya

Sualtı topoqrafiya tədqiqatı (batimetriya) vasitəsi ilə sualtı relyefin tədqiqatı və ya üçölçülü hidroqrafik xəritə qurulması üçün su sahələrinin işlənməsi zamanı lazımi ehtiyatların, açıq çuxurların texniki sərhədlərinin və müəyyən edilmiş inkişaf sahələrinin hesablamaları aparılır.

Həmçinin "Marine Service" şirkəti aşağıda göstərilən sahələr üçün batimetriya işləri görür:
• hidrotexniki qurğulara texniki qulluq;
• sualtı qurğuların və boru kəmərlərinin vəziyyətinə nəzarət;
• qazma öncəsi əməliyyatlar;
• yeni dəniz təsərüffatının təşkili öncəsi tədqiqat işləri və s.

Sualtı topoqrafiya tədqiqatı (batimetriya) istehsal ehtiyatlarının hesablanmasının və texniki sərhədlərin qurulmasının dəqiqliyini əhəmiyyətli dərəcədə artıran və ətraflı xəritələr qurmağa imkan verən xüsusi çoxşüalı, əks-sədalı səs cihazı ilə aparılır.

The SeaBat T-series (pdf)