Şirkət haqqında

Marine Service – dəniz sahəsində servis və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış bir şirkətdir. Şirkətin əsas fəaliyyət istiqaməti gəmilərin çarteri və icarəsi, liman xidmətləri və yanalma körpülərinin icarəsi, gəmi təmiri, dəniz texnikası və dəniz avadanlığı ilə təmin edilməsidir.

2014-cü ildə təsis edilmiş şirkət özünü xidmətlərin geniş spektrində operativ dəstək və servis göstərməyə hazır olan layiqli tərəfdaş kimi yaxşı tanıtmışdır. Şirkət, həmçinin pirotexnika ilə təminat və onun utilizasiyası, xilasetmə texnikası və xilasetmə avadanlığı, fərdi mühafizə vasitələri, ehtiyat hissələri və komplektləşdiricilərlə təminat üzrə bazar payına sahibdir.

Marine Service dəniz texnikasının qeydiyyatı, yoxlanması və sertifikatlaşdırılması üzrə xidmətlər göstərir. Marine Service şirkətinin Təlim mərkəzi müxtəlif profil və peşələrdən olan mütəxəssislər üçün təlim, sertifikatlaşdırma, müdafiə və ixtisasartırmanı təmin edir.

Biz qarşımıza maneələr qoymuruq və xidmətlər bazarında daim yeni paylar qazanırıq. Şirkətin yeni istiqamətləri – dalğıc işləri və xidmətləri, istehsalın avtomatlaşdırılması, naviqasiya və radiorabitədir.

Bizi tərəfdaş olaraq seçməklə, siz öz seçiminizin düzgünlüyünə əmin olacaqsınız.