ŞİRKƏT HAQQINDA

Marine Service – dəniz sahəsində servis və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış bir şirkətdir. Şirkətin əsas fəaliyyət istiqaməti gəmilərin çarteri və icarəsi, liman xidmətləri və yanalma körpülərinin icarəsi, gəmi təmiri, dəniz texnikası və dəniz avadanlığı ilə təmin edilməsidir. 2014-cü ildə təsis edilmiş şirkət özünü xidmətlərin geniş spektrində operativ dəstək və servis göstərməyə hazır olan layiqli tərəfdaş kimi yaxşı tanıtmışdır. Şirkət, həmçinin pirotexnika ilə təminat və onun utilizasiyası, xilasetmə texnikası və xilasetmə avadanlığı, fərdi mühafizə vasitələri, ehtiyat hissələri və komplektləşdiricilərlə təminat üzrə bazar payına sahibdir. Marine Service dəniz texnikasının qeydiyyatı, yoxlanması və sertifikatlaşdırılması üzrə xidmətlər göstərir. Marine Service şirkətinin Təlim mərkəzi müxtəlif profil və peşələrdən olan mütəxəssislər üçün təlim, sertifikatlaşdırma, müdafiə və ixtisasartırmanı təmin edir. Biz qarşımıza maneələr qoymuruq və xidmətlər bazarında daim yeni paylar qazanırıq. Şirkətin yeni istiqamətləri – dalğıc işləri və xidmətləri, istehsalın avtomatlaşdırılması, naviqasiya və radiorabitədir.

AVADANLIQ

LAYİHƏLƏR

Akvatoriyanın təmizlənməsi

Akvatoriyanın təmizlənməsi

Ətraflı
Təlimlərin təşkili və sertifikatların verilməsi

Təlimlərin təşkili və sertifikatların verilməsi

Ətraflı
Bon maneələrinin quraşdırılması və akvatoriyanın neftdən təmizlənməsi

Bon maneələrinin quraşdırılması və akvatoriyanın neftdən təmizlənməsi

Ətraflı

Əlaqə

Bridge Plaza, 8-ci mərtəbə,

 

Bakıxanov küç. 6,

 

 

AZ1065, Bakı, Azərbaycan

Tel:    +99412 555 08 61 dax. 100

Mob:  +99477 700 11 20